Modern.az

Azad edilmiş ərazilərdə 218 kamera quraşdırılıb

Azad edilmiş ərazilərdə 218 kamera quraşdırılıb

17 Mart 2023, 11:47

İşğaldan azad edilmiş ərazilərdə hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsi üçün 19 nöqtədə 64 ədəd video müşahidə kamerası quraşdırılaraq istifadəyə verilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd olunub.

 

Hazırda həmin ərazilərdə ümumilikdə 84 nöqtədə 218 video müşahidə kamerası, habelə 1 nöqtədə 4 ədəd nömrətanıma sistemi mövcuddur.

 

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır