Modern.az

Sülhməramlıların maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

Sülhməramlıların maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

26 Mart 2023, 13:49

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

 

Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 4-ə çatıb.

 

***

09:16

 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobildən ibarət karvanın hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, həmin yük avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 105 gündür davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi