Modern.az

Sülhməramlıların maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

Sülhməramlıların maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

2 Aprel 2023, 14:52

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

 

Belə ki, 1 minik və 14 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

 

Bundan əvvəl isə daha Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobil yolda maneəsiz hərəkət ediblər.  Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 45-ə çatıb.

 

***

12:14

 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

 

Belə ki, 2 minik və 16 yük avtomobili Xankəndidən Laçın istiqamətə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bundan əvvəl isə Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobil yolda maneəsiz hərəkət ediblər. 

 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 27-yə çatıb.

 

***

10:12

 

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

 

Belə ki, 2 yük avtomobili Xankəndidən Laçın istiqamətə maneəsiz hərəkət edib. Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 112 gündür davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI