Modern.az

Xankəndidə “ərzaq faciəsi” yalanını ifşa edən RƏQƏMLƏR

Xankəndidə “ərzaq faciəsi” yalanını ifşa edən RƏQƏMLƏR

4 Aprel 2023, 12:50

Xankəndi şəhərində aclığın başlanması və ərzaq faciəsi haqqında ermənilərin iddiaları həyasız yalandır.

 

Modern.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

 

Onun sözlərinə görə, ermənilərin yalanını faktiki rəqəmlər sübut edir: "Deməli, Şuşa yolunda aksiyanın başlanmasından sonra Rusiya sülhməramlı kontingenti Qarabağdakı ermənilərə nə az nə çox, düz 3283 ton qida məhsulları daşıyıb. Bu qədər qida məhsulları ilə Ermənistanın özündə Qarabağdakı ermənilərdən iki dəfə çox əhali dolanır. Həqiqətən, bunun yumşaq adı naşükürlük, sərt adı isə həyasızlıqdır. 

 

Hələ bunlar üçün daşınan siqaret və içkiyə baxın. Aksiya davam edən günlərdə onlar üçün 4 milyon ədəd siqaret, 80 min şüşə içki daşıyıblar. 

 

Digər yüklər də az deyil. 200 tona yaxın heyvan yemi, yüzlərlərlə elektrik qurğuları və avadanlıqları, 1250 tondan artıq yanacaq, 17 ton bezlər və salfet, 100 tona yaxın yuyucu vasitələr və kamaz-kamaz daşınan tonlarla digər sənaye məhsulları daşıyıblar. 

 

Amma yenə də bunlar şikayət edirlər. Demək ki, canlarının ağrısı başqadır, onlar başqa şeylər daşımaq istəyirlər. Amma artıq dövr o dövr deyil. Nərimanovun da dövrü arxada qalıb, Qorbaçovun da. İndi dövr başqadır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI