Modern.az

Azərbaycan həkimləri Xankəndidə - FOTOLAR

Azərbaycan həkimləri Xankəndidə - FOTOLAR

Qarabağ

5 Aprel 2023, 08:00

Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər yardım göstərib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlib.

 

İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilk tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb. Bununla da Azərbaycan tərəfi humanistlik göstərərək öz ərazisində yaşayan erməni əsilli vətəndaşın qayğısına qalmasını nümayiş etdirmiş oldu.

 

Təcili tibbi yardım avtomobilinin aksiya ərazisindən keçməsinə heç bir maneə yaradılmayıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI