Modern.az

Şuşadakı abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb

Şuşadakı abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb

Qarabağ

8 Aprel 2023, 15:14

Şuşa şəhəri işğal dövründə, 30 il ərzində dağıntılara, vandalizmə məruz qalmışdır. İşğaldan azad edildikdən sonra Şuşada Prezident İlham Əliyevin tapşırığı ilə bərpa-qurucu işləri aparılır.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.

 

Aydın Kərimov bildirib ki, Şuşa şəhərindəki tarixi abidələrin əksəriyyəti işğal zamanı dağıdılıb. Şuşa işğaldan azad edildikdən sonra tarixi abidələrin bərpası istiqəmətində də işlər aparılır.

 

“Artıq 10-a yaxın abidə bərpa edilib. Yaxın aylarda da bir neçə abidənin bərpası tamamlanacaq. Bu işlər davamlı olaraq aparılacaq. Biz Şuşanın tarixi-mədəni irsinin qorunmasını təmin edəcəyik”, – deyə Aydın Kərimov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI