Modern.az

“Laçın”dan yayılan video erməni yalanını ifşa etdi 

“Laçın”dan yayılan video erməni yalanını ifşa etdi 

Qarabağ

18 May 2023, 13:44

Ermənistan mediası və siyasətçilərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının Azərbaycan sərhədçiləri tərəfindən Xankəndiyə buraxılmaması barədə səsləndirdiyi fikirlər ifşa olunub. 

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

 

Videodan görünür ki, BQXK-nin fəaliyyətinə heç bir maneə yaradılmayıb.

 

Qeyd edək ki, bəzi erməni siyasətçilər və jurnalistlər Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratması barədə iddialar irəli sürüblər. Lakin BQXK deyilənləri təsdiqləməyib.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI