Modern.az

Qarabağ məsələsinin detallarını bilmirdik, indi öyrənirik - Paşinyan

Qarabağ məsələsinin detallarını bilmirdik, indi öyrənirik - Paşinyan

31 May 2023, 11:10

"Ermənistanda demokratiyanın olmaması ona gətirib çıxardı ki, biz Qarabağ məsələsinin təfərrüatlarını yalnız indi öyrənirik".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda deyib.

 

Paşinyan bildirib ki, bu, onun üzləşməli olduğu ən böyük problem idi.

 

"Biz Qarabağ məsələsi ilə bağlı bütün həqiqəti bilmirdik və indi bu barədə yeni məlumatlar alırıq. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Eyni zamanda, demokratiyanın ölkənin təhlükəsizliyini təmin etməyə qadir olub-olmadığını sübut etmək lazımdır, lakin buna inam var", - Paşinyan əlavə edib.

 

Ermənistan Baş naziri mətbuat və internet azadlığına da toxunaraq, bunu nailiyyət deyil, adi vəziyyət adlandırıb.

 

"Demokratiyaya sadiqliyi 2021-ci il növbədənkənar seçkilər də nümayiş etdirdi", - Paşinyan yekunlaşdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır