Modern.az

Şuşada aşkarlanan insan qalıqları kimlərə aiddir? - AÇIQLAMA

Şuşada aşkarlanan insan qalıqları kimlərə aiddir? - AÇIQLAMA

Qarabağ

3 İyun 2023, 14:14

İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq.

 

Modern.az xəbər verir ki, bunu AzərTac-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib.

 

“Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir