Modern.az

Xarici səyyahlar Ağdamda - FOTOLAR

Xarici səyyahlar Ağdamda - FOTOLAR

Qarabağ

14 İyun 2023, 09:50

Ağdam rayonuna səfər edən xarici səyyahlar Baş Qərvənd kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat meneceri Xaliq Zülfüqarov səyahətçilərə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verib. Bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir.

 

Xarici səyyahlar sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyiblər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI