Modern.az

“Hayastan” fondunun separatçılara ayırdığı vəsait açıqlandı

“Hayastan” fondunun separatçılara ayırdığı vəsait açıqlandı

Qarabağ

24 İyun 2023, 12:33

“Hayastan” ümumerməni fondunun ötən il Qarabağ separatçılarına ayırdığı vəsaitin məbləği açıqlanıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə fondun Himayəçilər Şurasının iclasında onun icraçı direktoru Haykak Arşakyan bildirib.

 

Qeyd olunub ki, 2022-ci ildə fond Qarabağda (Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilər - red) təxminən 40 milyon dollar dəyərində proqramlar həyata keçirib.

 

"Onların arasında evlərin, yolların, infrastrukturun tikintisi layihələri də var", - deyə Arşakyan əlavə edib.

 

Qeyd edək ki, “Hayastan” ümumerməni fondu diaspor ermənilərindən toplanan ianələr və yardımlar hesabına fəaliyyət göstərir. Bir müddət əvvəl fondun adı külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi skandalında hallanırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI