Modern.az

Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya bilər - ABŞ səfiri

Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşaya bilər - ABŞ səfiri

3 İyul 2023, 23:54

ABŞ istənilən növ danışıqların müsbət tendensiya olduğuna inanır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin deyib .

 

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır.

 

"Biz diqqəti nəqliyyat əlaqələrinə yönəltməyi təklif edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını azaldacaq", - amerikalı diplomat vurğulayıb.

 

Kvin qeyd edib ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI