Modern.az

Arayik Putinə məktub yazdı, yeni təxribatların anonsunu verdi

Arayik Putinə məktub yazdı, yeni təxribatların anonsunu verdi

4 İyul 2023, 10:32

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.


Modern.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

 

Məktubun tam mətni ictimaiyyətə açıqlanmasa da, bəzi nüanslar diqqətə çatdırılıb. Belə ki, Arayik Putinə məktubunda Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə toxunub, belə bir missiyanın davam etdirilib-etdirilməyəcəyi sual olunub.

 

Bildirilib ki, sülhməramlılar Qarabağda vəziyyəti nəzarətdə saxlamaq və Laçın-Xankəndi yolunu açmaq niyyətində deyillərsə, qondarma rejimə ətraflı məlumat verilməlidir.

 

"Əldə etdiyimiz məlumata görə, məktub kifayət qədər sərt tonda yazılıb", - “Hraparak”ın xəbərində deyilir.


Bundan başqa, Arayik Arutyunyan həddini aşaraq, “səbr kasaları”nın dolduğunu qeyd edib və yeni təxribatların anonsunu verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi