Modern.az

Sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcək - Ərdoğan

Sülhməramlılar 2025-ci ildə Qarabağı tərk edəcək - Ərdoğan

Qarabağ

12 İyul 2023, 19:58

Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

 

Ərdoğan bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək.

 

O, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

 

“Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” – deyə Ərdoğan qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi