Modern.az

Ermənilər üçün Ağdam-Xankəndi yolu təklif edildi

Ermənilər üçün Ağdam-Xankəndi yolu təklif edildi

17 İyul 2023, 22:56

“Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib.

 

Bildirilib ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub.

 

Azərbaycan tərəfi isə yenə də erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi