Modern.az

Sülhməramlılar separatçıların aksiyasına DƏSTƏK VERMƏDİ

Sülhməramlılar separatçıların aksiyasına DƏSTƏK VERMƏDİ

Qarabağ

7 Avqust 2023, 15:04

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları separatçıların təxribatçı aksiyasını müşayiət etməkdən imtina edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının komandanlığı aksiyanın təşkilatçılarına rəsmi məktub ünvanlayıb.

 

Məktubda bildirilir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobilləri müşayiət etməsi, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyini təmin etməsi nəzərdə tutulmayıb.

 

Qeyd edək ki, erməni separtçıları Həkəri çayının üzərindəki sərhəd-buraxılış məntəqəsinə doğru yürüş etməyi planlaşdırır.

 

1270213

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu