Modern.az

Kəlbəcərdə tutulan erməni diversantın FOTOSU

Kəlbəcərdə tutulan erməni diversantın FOTOSU

16 Avqust 2023, 15:46

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. 

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyi məlumat yayıb.


Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Oskanyan 44 günlük Vətən müharibəsində iştirakını etiraf edib.


Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib.

 

1271871

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi