Avqustun 25-də Laçın rayonunun Zabux kəndinə köç başlayır.
Modern.az xəbər verir ki, sabah ilk mərhələdə 20 ailə (88 nəfər) Zabuxa köçürüləcək.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.
Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub.