BQXK əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində xəstə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.
Modern.az xəbər verir ki, 9 nəqliyyat vasitəsində 30 şəxsin keçidinə şərait yaradılıb.
Onlardan 9-u xəstə, digərləri BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər və tibb işçiləri olub.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.