Modern.az

Arayikin \"ofisini\" gülləbaran etdilər - VİDEO

Arayikin \

28 Avqust 2023, 12:50

Gecə saatlarında naməlum şəxslər qondarma qurumun "prezidenti" Arayik Arutyunyanın "ofisinə" yaxınlaşaraq atəş açıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

 

Ölən və yaralananlar barədə məlumat verilmir.

 

"Hraparak" qəzeti yazıb ki, hadisədən əvvəl bir qrup erməni onun "ofisinə" gəlib və Qarabağdakı vəziyyət barədə qızğın söhbət ediblər. Daha sonra ermənilər binadan çıxıb və "ofisi" gülləbaran ediblər.

 

Hadisədə iştirak edən şəxslərin hazırda polis idarəsində olduğu bildirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu