Modern.az

Paşinyan Arayiki bu şəxslə əvəzləmək İSTƏYİR 

Paşinyan Arayiki bu şəxslə əvəzləmək İSTƏYİR 

29 Avqust 2023, 10:34

Xankəndidəki separatçı rejimin başçısı Arayik Arutyunyanın istefası məsələsi hələ də bağlanmayıb.

Modern.az-ın məlumatına görə, Ermənistanın “Hraparak” nəşri iki həftə əvvəl istefaya getmək istəyən, daha sonra bundan imtina edən Arutyunyanla bağlı yeni xəbər yayıb.


Qəzet yazır ki, Arayik Arutyunyanın istefaya getməsinə Ermənistanın baş naziri Nikol Paşinyan mane olub. O, Arutyunyanı istefasını bir neçə həftə təxirə salmağa məcbur edib. Bildirib ki, onun gedişi İrəvan Ağsaqqallar Şurasına gözlənilən seçkilərə böyük təsir göstərə bilər.

Paşinyan hakim qüvvələrin İrəvan meri postuna namizədi Tiqran Avinyanla bağlı bəzi arzuolunmaz epizodların üzə çıxacağından qorxub.  
 

“Hraparak” yazır ki, Arayik Arutyunyanın istefası məsələsi yenidən gündəmə gələcək. Bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti Arayiki Qarabağdakı qondarma rejimin “keçmiş xarici işlər naziri” kimi təqdim edən Masis Mayilyanla əvəzləmək barədə qərar qəbul edib. Mayilyanın “Sorosçular” sırasında yer aldığı və Ermənistan hakimiyyəti tərəfindən tamamilə idarə olunduğu vurğulanır.

Eyni zamanda bildirilir ki, İrəvan Masis Mayilyanla yanaşı, Samvel Babayanı da qondarma rejimin “dövlət naziri” vəzifəsinə gətirə bilər.


“Arayik Arutyunyanın tezliklə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı başqa məlumatlar da var. Bir neçə gündür Qarabağdan xəbərlər gəlir ki, Arayik Arutyunyan ona və qohumlarına məxsus bizneslərdən “xilas olur”. Xüsusən də son günlər Arutyunyanın qardaşına məxsus holland südlük inəklər kütləvi şəkildə kəsilir”, - deyə “Hraparak” qeyd edib.


Qəzet yazır ki, Xankəndidəki rejim daxilində açıq-aşkar təlatümlər getdikcə güclənir.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu