Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kanadanın XİN başçısı Melani Coli ilə görüşüb.
Modern.az xəbər verir ki, Coli bu barədə X platformasındakı səhifəsində yazıb.
Bildirilib ki, görüş Sloveniyada keçirilən forum çərçivəsində baş tutub.
Tərəflər Aİ-nin Balkanlarda genişlənməsi, Qarabağ məsələsi, Haiti böhranı və digər mövzularla bağlı müzakirələr aparıblar.
"Bu müzakirələr bizim tərəfdaşlıq işimizin açarıdır", - kanadalı nazir qeyd edib.