Modern.az

Teymur Rəcəbov beynəlxalq turnirinə qatılacaq

Teymur Rəcəbov beynəlxalq turnirinə qatılacaq

Qarabağ

29 Avqust 2023, 14:00

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində qadınlar və kişilər arasında keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirinə qatılacaq.

 

Modern.az xəbər verir ki, 10 kişi şahmatçı avqustun 31-də başlayacaq yarışda rapid və blits üzrə mübarizə aparacaqlar.

 

T.Rəcəbovun rəqibləri Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) olacaq.

 

Qeyd edək ki, “Tata Steel Chess” beynəlxalq turnirinə sentyabrın 9-da yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu