Modern.az

Mən hesab etmirəm ki, Qarabağda fəlakət var - Novruz Aslan

Mən hesab etmirəm ki, Qarabağda fəlakət var - Novruz Aslan

Qarabağ

30 Avqust 2023, 19:21

“Mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

 

“Bizim tərəfdaşlar soruşa bilərdilər ki, Qızıl Aypara Cəmiyyəti nə üçün gecikib? Biz orada problemin olub-olmamasını müəyyən etməliyik. Ancaq mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var. Bu mənim subyektiv mövqeyimdir. Ancaq bizim tərəfdaşlarımız tərəfindən müəyyən rəylər var. Onların rəylərinə əsasən, biz sülh məramımızı göstərmək üçün həmin insanlara yardım etmək qərarına gəlmişik".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu