Modern.az

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandiri MƏLUM OLDU

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandiri MƏLUM OLDU

Qarabağ

31 Avqust 2023, 12:45

Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandiri təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilir ki, general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə rəhbərlik edəcək.

Kirill Kulakov 20 iyul 1969-cu ildə anadan olub.

1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 2014-2017-ci illərdəki fəaliyyətinə görə "Qırmızı Bayraq" ordeni alıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu