Modern.az

Ərzaq yükləri Xankəndiyə çatdırılana qədər burada qalacağıq

Ərzaq yükləri Xankəndiyə çatdırılana qədər burada qalacağıq

1 Sentyabr 2023, 11:48

“Artıq dörd gündür Ağdam-Əsgəran-Xankəndi yolundayıq, danışıqlar davam edir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev deyib.

 

O bildirib ki, hazırda müvafiq cavab gözləyirlər: “Hər hansı bir nəticə olan zaman məlumatı açıqlayacağıq. Gətirdiyimiz ərzaq yüklərini Xankəndidəki erməni sakinlərə çatdırılana qədər burada qalacağıq”.

 

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 4-cü gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu