Modern.az

TIR-larımız 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

TIR-larımız 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Qarabağ

4 Sentyabr 2023, 08:07

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq yeddi gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

 

Modern.az xəbər verir ki, cəmiyyətin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.

 

Qeyd edək ki, AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu