Modern.az

31 il bu kəndin həsrəti ilə yaşamışıq - Zabux sakini (VİDEO)

31 il bu kəndin həsrəti ilə yaşamışıq - Zabux sakini (VİDEO)

4 Sentyabr 2023, 10:02

Laçın rayonunun Zabux kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

 

2023-cü il avqustun 25-də Zabuxa ilk köç karvanı ilə gəlmiş  kənd sakinləri buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnundurlar.

 

Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd  həsrəti  bitən 88  kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu