Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində - Qarabağ istisadi rayonunda məskunlaşmış erməni separatçıları özlərinə yeni “başçı” seçməyə hazırlaşırlar.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, artıq “seçki günü” də müəyyənləşdirilib. Belə ki, “seçki” sentyabrın 8-nə təyin edilib.
Xatırladaq ki, Qarabağ separatçılarının “eks-başçısı” Arayik Arutyunyan sentyabrın 1-də “istefa" verib.
Qondarma rejimin oyuncaq “prezidentini” xuntanın “parlament” adlandırdığı yığıncağa toplanmış “fraksiyalar”ın irəli sürdüyü “namizədlər” arasından “deputatlar” seçəcək.
Hələlik separatçı rejimin “başçısı” postuna daha çox qondarma “dövlət naziri” təyin olnmuş “eks-təhlükəsizlik katibi” Samvel Şahramanyanın adı çəkilir.
O, separatçıların keçmiş başçısı Bako Saakyanın yaxın adamlarından biri hesab olunur.
Arayik Arutunyanın da Şahramanyanı dəstəklədiyi bildirilir.