Modern.az

Ordumuz daha bir təxribatın qarşısını aldı - Bu dəfə Xocavənddə

Ordumuz daha bir təxribatın qarşısını aldı - Bu dəfə Xocavənddə

5 Sentyabr 2023, 21:20

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri  Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu