“Fikrimcə, 3 amildən faydanala bilsək, 2 ildən sonra Rusiya hərbi kontingentini Azərbaycan ərazisindən çıxarıb separatizmə son qoymaqla Qarabağın tamamına nəzarəti təmin edə bilərik”.
Modern.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
- Birinci amil Rusiya-Ukrayna müharibəsinin davamıdır ki, Kremlin diqqətinin və enerjisinin əsas hissəsi buna yönəlib;
- İkinci amil Ankara-Moskva tərəfdaşlığı və ortaq layihələridir ki, Kreml Cənubi Qafqaz siyasətində Türkiyə, o cümlədən Türkiyə-Azərbaycan ittifaqını nəzərə almaq məcburiyyətindədir;
- Üçüncü amil Ermənistanın baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Rusiya əleyhinə artan açıqlamalarıdır ki, bu qarşıdurmadan da öz məqsədlərimiz üçün istifadə edə bilərik, - siyasi şərhçi deyib.