Modern.az

Samvel Babayan Azərbaycana “təkliflər paketi” GÖNDƏRİB

Samvel Babayan Azərbaycana “təkliflər paketi” GÖNDƏRİB

Qarabağ

6 Sentyabr 2023, 11:13

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində - Qarabağ istisadi rayonunda məskunlaşmış erməni separatçılarından yeni xəbər var.

Modern.az xəbər verir ki, Xankəndidəki qondarma rejimin “parlament” adlandırdığı yığıncaqdakı ikini əsas qüvvə - “Vahid Vətən partiyası”nın rəhbəri, “eks-müdafiə naziri” Samvel Babayan Qarabağda yaranmış vəziyyətin aradan qaldırılması üçün Azərbaycana təkliflər təqdim edib.

Bunu S.Babayanın özü Ermənistan KİV-nə təsdiqləyib.

Lakin o, təkliflərlə bağlı kimə müraciət etdiyini açıqlamayıb. S.Babayan Azərbaycan tərəfinə təqdim etdiyi paketdə hansı təkliflərin qeyd olunduğu barəd də danışmaq istəməyib.

“Biz onları təqdim etdik, bəzi cavablar, suallar var, müzakirələr gedir. Biz tam olaraq ciddi paketə nail olacağıq, bundan sonra danışıqlar masası arxasına əyləşəcəyik, bəndlər üzrə həll yolları tapacağıq”, - S.Babayan deyib.


Samvel Babayan öz təklifini yalnız ümumi formada belə təsvir edib: əvvəlcə azərbaycanlılarla qarşılıqlı etimada nail olmaq, sonra isə siyasi həll yoluna keçmək.


A.Qorxmaz
 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu