Bu il Şuşada tədris başlayacaq.
Modern.az xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, məktəb artıq tikilib, müəllimlərin yerləşdirilməsi prosesi başlayacaq.
Nazir prosesin təqvimə uyğun olaraq getdiyini diqqəyə çatdırıb.