Modern.az

Separatçılar Şahramanyanı qondarma “prezidentliyə” namizəd ELAN ETDİLƏR

Separatçılar Şahramanyanı qondarma “prezidentliyə” namizəd ELAN ETDİLƏR

Qarabağ

6 Sentyabr 2023, 17:52

Qarabağdakı separatçı rejimin qondarma “parlamenti”ndə təmsil olunan 5 “fraksiya”dan 4-ü xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyanı “prezidentliyə” namizəd irəli sürüb.
 

Modern.az xəbər verir ki, bu barədə “Azatutyun” radiosu məlumat yayıb.


Samvel Şahramanyanın artıq bu 4 qüvvə ilə görüşdüyü bildirilir.


Qeyd edilir ki, separatçıların yeni başçısı bu şənbə, sentyabrın 9-da separatçı rejimin qondarma “parlamenti”ndə seçiləcək.

Xatırladaq ki, Xankəndidə məskunlaşan erməni separatçılarınmın keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa” vermişdi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu