Modern.az

Doğma yurduna qayıdan Füzuli sakini: Artıq pis günlər geridə qaldı

Doğma yurduna qayıdan Füzuli sakini: Artıq pis günlər geridə qaldı

Qarabağ

7 Sentyabr 2023, 09:27

Otuz il idi ki, məcburi köçkün həyatı yaşayırdıq və Sumqayıt şəhərində məskunlaşmışdıq. Altı yaşımda yurdumu tərk etmişdim. Artıq pis günlər geridə qaldı.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ata-baba yurduna qayıdan Füzuli sakini Fərid Məmmədov deyib.

 

“Torpaqlarımız işğaldan azad edildikdən sonra bir dəfə Füzuliyə səfər etmişəm. Orada insanı tamam başqa hisslər bürüyür. Bir anlıq o torpaqlar uğrunda igidlərimizin necə vuruşduğu gözlərimdə canlandı. Orada yaşamağımız üçün gözəl şərait yaradılıb, evlər tikilib. Füzulinin əsl sakinləri qayıdır”, – deyə Fərid Məmmədov qeyd edib.

 

Füzuli sakini dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu