Modern.az

Qarabağ separatçıları Samvel Babayanı rədd etdilər - Xankəndi qarışır

Qarabağ separatçıları Samvel Babayanı rədd etdilər - Xankəndi qarışır

Qarabağ

8 Sentyabr 2023, 15:00

Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” sabah - 9 sentyabrda  saat 11:00-da “növbədənkənar iclas” keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, “növbədənkənar iclas”da separatçılara yeni başçı seçiləcək. Bu “post”a əvvəlcə iki nəfərin namizədliyi irəli sürülüb: xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyan və “keçmiş müdafiə naziri” Samvel Babayan.

Lakin qondarma “parlament” son 10 il ərzində Qarabağda yaşamadığına görə Samvel Babayanın sənədlərini geri qaytarıb. Bu isə onun tərəfdarlarının etirazına səbəb olub.

Samvel Babayanın tərəfdarlarının sabahkı "seçki" zamanı qarışıqlıq yaradacağı bildirilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu