Modern.az

Sülh sazişi imzalanmayacaq - Paşinyandan qəribə açıqlama

Sülh sazişi imzalanmayacaq - Paşinyandan qəribə açıqlama

17 Sentyabr 2023, 10:50

Ermənistanla Azərbaycan arasında Qrenadada keçirilən görüşdə saziş bağlamaq planı yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında söyləyib.

 

O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

 

“Mən həmişə Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilin sonuna qədər imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna kimi imza atmağı mümkün hesab edirik”, - Paşinyan deyib.

 

Qeyd edək ki, payız aylarında İspaniyanın Qrenada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammit çərçivəsində Ermənistan və Azərbaycan arasında görüş keçirilə bilər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu