Modern.az

Ermənilərə un və tibbi ləvazimatlar göndərildi

Ermənilərə un və tibbi ləvazimatlar göndərildi

Qarabağ

18 Sentyabr 2023, 07:58

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.

 

Modern.az xəbər verir ki, bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

 

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.

 

İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu