Modern.az

Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilmirik - ABŞ

Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilmirik - ABŞ

Qarabağ

18 Sentyabr 2023, 12:02

ABŞ Qarabağ məsələsində Rusiya ilə dialoq apara bilmir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter "Azadlıq" radiosuna müsahibəsində bildirib.

 

O qeyd edib ki, Vaşinqton rusların tərəfləri müzakirəyə dəvət etdiyini bilir, Ermənistan və Azərbaycanın danışıqlarda iştirak edib-etməməsinə özləri qərar verib.

 

“Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiyanın iştirak etdiyi bir çox formatlara təsir edib, çünki Moskva beynəlxalq sistemin normalarını elə pozub ki, onunla əməkdaşlıq yollarını tapmaq çətindir. ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin, sərhədlərin tənzimlənməsinə, ədalətli və davamlı sülhün əldə edilməsinə diqqət yetirir. Ona görə də biz Ermənistan və Azərbaycanla ikitərəfli və üçtərəfli görüşlərdəyik, Avropa İttifaqının, xüsusilə də Avropa Şurasının prezidenti Şarl Mişelin səylərini dəstəkləyirik”, - deyə Karpenter bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi