Modern.az

Separatçıların yeni “dövlət naziri” Arayikin əmisi oğludur - YENİLƏNİB

Separatçıların yeni “dövlət naziri” Arayikin əmisi oğludur - YENİLƏNİB

Qarabağ

18 Sentyabr 2023, 15:47

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Qarabağdakı separatçı rejimin başçısı Samvel Şahramanyan Artur İvanoviç Arutyunyanı qondarma “dövlət naziri” təyin edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Artur Arutyunyanın separatçıların keçmiş başçısı Arayik Arutyunyanın əmisi oğlu olduğu bildirilir.

Xatırladaq ki, Arayik Arutyunyan sentyabrın 1-də "istefa verib".

***

Sentyabrın 18-də Qarabağdakı separatçı rejimin başçısı Samvel Şahramanyan Artur İvanoviç Arutyunyanı qondarma “dövlət naziri” təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Artur Arutyunyanın qondarma rejimin “səhiyyə, ədliyyə, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, idman, sosial inkişaf, mqrasiya, ərazi idarəetmə və infrastruktur, şəhərsalma, maliyyə və iqtisadiyyat sahələri”ndə aparılan “siyasət”ə nəzarət edəcəyi bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi