Modern.az

Yazıcıoğlunun partiyası Azərbaycanı DƏSTƏKLƏDİ

Yazıcıoğlunun partiyası Azərbaycanı DƏSTƏKLƏDİ

Qarabağ

19 Sentyabr 2023, 17:12

"Dünən olduğu kimi, bu gün və sabah da Türkiyə və türk milləti hər zaman bütün gücü ilə soydaş və qardaş Azərbaycanın yanında durmağa davam edəcəkdir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici X-də paylaşıb.

 

"Ermənilərin Qarabağın konstitusion statusunu dəyişdirməyə yönələn cəhdləri və mülki, hərbi elementlərə qarşı gerçəkləşdirdikləri terror aktlarından sonra Azərbaycan dövlətinin Qarabağın bəlli bölgələrində başlatdığı lokal antiterror tədbirlərini sonuna qədər dəstəkləyir, Hınçaq və Daşnak artığı erməni quldurların quraşdırdığı minalara görə həyatını itiriən mülki və polis qardaşlarımıza uca Allahdan rəhmət, ailələrinə və can Azərbaycan xalqına başsağlığı və səbir diləyirəm", - o bildirib.

Bu xəbər ilə bağlı
Qarabağ türk yurdudur! - Bahçelidən Azərbaycana DƏSTƏK
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi