Modern.az

Mülki ermənilər kəndlərimizdən çıxarılır - YENİLƏNİB

Mülki ermənilər kəndlərimizdən çıxarılır - YENİLƏNİB

Qarabağ

20 Sentyabr 2023, 00:08

Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonunun ermənilər yaşayan ərazilərindən 7 min mülki erməni təxliyə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə qondarma rejim məlumat yayıb.

 

Qeyd edək ki, başladılan antiterror tədbirləri zamanı Azərbaycan ordusu tərəfindən mülki şəxslər və mülki inrastruktur hədəf alınmır.

 

***

21:38

Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə qondarma rejimin “Ombudsmanı” məlumat yayıb.

 

Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib.

 

Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi