Modern.az

Azərbaycan sülh gündəmini dəstəkləyir - Prezidentin köməkçisi

Azərbaycan sülh gündəmini dəstəkləyir - Prezidentin köməkçisi

20 Sentyabr 2023, 01:17

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin rəsmi İrəvan da öz öhdəliklərini yerinə yetirməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində deyib.

 

O xatırladıb ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara təşəbbüs göstərib: “Azərbaycan sülh gündəmini və Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”.

 

Eyni zamanda, Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirməlidir: “Birincisi, bütün hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarmalı, həmçinin qanunsuz marionet rejimin maliyyələşdirilməsini dayandırmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!