Modern.az

Azərbaycan Ermənistanla normallaşdırmanın tərəfdarıdır - Rəsmi Bakı

Azərbaycan Ermənistanla normallaşdırmanın tərəfdarıdır - Rəsmi Bakı

20 Sentyabr 2023, 17:38

"Antiterror tədbirləri SMS vasitəsilə Qarabağ sakinlərinə xəbərdarlıq formasında göndərilmişdi".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

 

“Məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq idi. Amma hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanıldı. Buna baxmayaraq biz həmin ərazilərə zərbə endirmirdik. Bu gün bir daha təkrar edirik ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəraitində inteqrasiyasıdır və biz Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq",-deyə o bildirib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu