Modern.az

Bakı sülh müqaviləsinin layihəsini İrəvana verib - Elçin Əmirbəyov

Bakı sülh müqaviləsinin layihəsini İrəvana verib - Elçin Əmirbəyov

21 Sentyabr 2023, 15:18

Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş  İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.


Modern.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.

E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.

“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu