Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də hökumətin iclasında Qarabağdakı vəziyyətə toxunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan vəziyyətin müsbət istiqamətə dəyişəcəyinə müəyyən ümidlər olduğunu bildirib.
Paşinyan qeyd edib ki, Qarabağda evlərini tərk etmiş erməni sakinləri öz evlərinə qayıtmaq üçün real şans əldə edə bilərlər.
N.Paşinyan deyib ki, Ermənistan 40 minə yaxın adamın yerləşdirilməsi üçün hazırlıq işləri aparıb.
“Ancaq bu barədə danışmaq istəmirik. Niyə? Çünki biz hesab edirik ki, Dağlıq Qarabağ erməniləri öz evlərində, öz vətənlərində, layiqli və təhlükəsiz şəraitdə yaşamalıdırlar. Bu gün bizim qiymətləndirməmizə görə, Dağlıq Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur", - Baş nazir bildirib.
O, Rusiya sülhməramlı qoşunlarının Xocalıdakı qərargahına sığınmış 1300-dək mülki erməniyə qayğı göstərildiyini də sözlərinə əlavə edib.