Qarabağda mülki əhaliyə birbaşa təhlükə yoxdur! - Paşinyan TƏKRARLADI

Qarabağda mülki əhaliyə birbaşa təhlükə yoxdur! - Paşinyan TƏKRARLADI

Qarabağ

22 Sentyabr 2023, 12:06

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı mülki ermənilərin həyatına ciddi təhlükənin olmadığı barədə dünənki açıqlaması ölkə müxalifəti tərəfindən hiddətlə qarşılanıb.

Modern.az xəbər verir ki, müxalifətin etirazına məhəl qoymayan baş nazir dünənki fikrini hökumətin bugünkü toplantısında bir daha təkrarlayıb.
 

O qeyd edib ki, Qarabağda mülki əhalinin həyatına birbaşa təhlükə olmadığı barədə dünən verdiyi bəyanat bu gün qüvvədə qalır.
 

“Ancaq təkrar edirəm, qeyd etmək lazımdır ki, vəziyyət hər an dəyişə bilər. Vəziyyət dəyişkəndir, sabit olduğunu deyə bilmərəm”, - Paşinyan bildirib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının dünənki iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Paşinyanın yuxarıdakı fikrini - Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmadığı barədə dediklərini diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır