Qarabağda etimadın möhkəmləndirilməsinin vaxtı çatıb - LAVROV

Qarabağda etimadın möhkəmləndirilməsinin vaxtı çatıb - LAVROV

23 Sentyabr 2023, 21:19

Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.

 

"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Ən mümkün yol da budur”, - nazir bildirib.

 

S.Lavrov qeyd edib ki, Brüssel hazırda Vaşinqtonla birgə Azərbaycan və Ermənistana Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən vasitəçilik təklif edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar