Modern.az

Antiterror tədbirlərində nə qədər separatçı məhv edilib...

Antiterror tədbirlərində nə qədər separatçı məhv edilib...

25 Sentyabr 2023, 16:12

Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağ separatçılarını təslim olmağa məcbur etdi. Ordumuz qarşısında cəmi 24 saat duruş gətirə bilən erməni terrorçuları sonda ağ bayraq qaldırmalı oldular.

Bu döyüşlərdə düşmənin həm canlı qüvvəsi məhv edildi, həm silah-sursatı ələ keçirildi, həm də mövqeləri darmadağın olundu. Bir sözlə, illərdir Azərbaycana meydan oxuyan separatçı-terrorçu tör-töküntüləri çox sarsıdıcı zərbə aldılar.

Antiterror tədbirlərinin dayandırılmasından bir neçə gün keçməsinə baxmayaraq, düşmən hələ də məhv edilən və yaralanan separatçı-terrorçuların sayını dəqiqləşdirə bilmir.

Xunta rejiminin qondarma “ombudsmanı” sentyabrın 20-də Azərbaycanın antiterror tədbirləri nəticəsində azı 200 terrorçunun öldüyünü, təxminən 400-nün isə yaralandığını bildirmişdi. Sonradan bu rəqəm yeniləndi və ölənlərin sayının 400-ü keçdiyi qeyd edildi.
 

Sentyabrın 21-dən Qarabağ ərazisində ölən, yaralanan və itkin düşən qanunsuz hərbi birləşmə üzvlərinin axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.


Modern.az xəbər verir ki, Qarabağ ermənilərinin nümayəndələrinin Ermənistan mediasına bildirdiyinə görə, son bir neçə ghündə aparılan axtarışlar nəticəsində xeyli cəsəd və yaralı tapılıb.

Sentyabrın 22-də Şuşa rayonunun Qaybalı kəndi ərazisindən 1 yaralı separatçı aşkar edilərək təxliyə olunub. Kəlbəcər rayonunun Çərəkərdar kəndində isə 2 meyit aşkar edilib.

Sentyabrın 23-də ölənlərin 68 cəsədi tapılıb.

Sentyabrın 24-də müxtəlif istiqamətlərdə həyata keçirilən axtarış tədbirləri nəticəsində 34 nəfərin meyiti aşkar edilib.

Axtarış-xilasetmə işləri hazırda davam edir.

Sosial şəbəkələrdəki bəzi erməni səhifələrində Qarabağ ermənilərinə istinadən antiterror tədbirləri nəticəsində məhv edilən qanunsuz hərbi birləşmə üzvlərinin sayının dəfələrlə çox olduğu, hətta 1000-i keçdiyi bildirilir.

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu