Ermənilər üçün daha 2 maşın yanacaq göndərildi

Ermənilər üçün daha 2 maşın yanacaq göndərildi

26 Sentyabr 2023, 16:24

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

 

Modern.az xəbər verir ki, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

 

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə yola salınıb.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi hökuməti tərəfindən göndərilən yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələri bölgəyə yanacaq göndərilməsilə bağlı xahişlərini nəzərə alaraq göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır